Menu

Yüksək rütbəli məmurlar vida mərasimində - FOTO

21.08.2019, 19:41
Yüksək rütbəli məmurlar vida mərasimində - FOTO

Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev ilə avqustun 21-də vida mərasimi keçirilib.

Axar.az xəbər verir ki Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, fövqəladə hallar nazirinin müavinləri Etibar Mirzəyev və Faiq Tağızadə, FHN-in məsul zabitləri, Türkiyə Respublikası hərbi attaşelik aparatının əməkdaşları və ictimaiyyət nümayəndələri, mərhumun xidmət yoldaşları pilotun valideynlərinə və yaxınlarına başsağlığı veriblər.

Şərhlər

Qoca 2019-08-21 19:41:44

ALLAH RƏHMƏT ELƏSİN. ƏSLİNDƏ BÜTÜN ŞƏHİDLƏRƏ BELƏ MÜNASİBƏT OLMALIDIR. TÜRKİYƏDƏ OLAN KİMİ.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol