Menu

İnsult keçirən aktyor vəfat etdi - FOTO

21.08.2019, 18:30
İnsult keçirən aktyor vəfat etdi - FOTO

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Məhərrəm Qurbanov vəfat edib.

Bakupost xəbər verir ki, 60 yaşlı aktyor iki gün əvvəl beyin insultu keçirmişdi.

Dərhal xəstəxanaya yerləşdirilən aktyora həkimlər 72 saat vaxt qoymuşdu.

Qeyd edək ki, M. Qurbanov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışır. Saysız-hesabsız tamaşalarda müxtəlif obrazlar canlandıran sənətkar "Qız qalası", "Ərazi", "Ayrılıq imiş", "Axırıncı yol", "Son nəfəsədək" və s. filmlərdə rol alıb.

Allah rəhmət eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol