CNN telekanalının xanım jurnalisti Kayli Etvud xəbər verib ki, ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makron «razılığa gəliblər ki, Rusiyanı «böyük yeddiliyin» növbəti sammitinə dəvət etmək istəyirlər».
Bu xəbəri jurnalist «sensasiya» qismində Ağ Evin adı çəkilməyən məmuru adından təqdim edib.
Etvud izah edib ki, siyasətçilər bu məsələni telefon danışığı zamanı müzakirə ediblər. O, xatırladıb ki, ABŞ prezidenti artıq bəyan edib: «Rusiyanın G7-yə qayıtması yerinə düşərdi».
Onun sözlərinə görə, bu məsələni G7-nin görüşündə qaldıracaq.
2020-ci ildə «yeddilər» ABŞ ərazisində toplanacaqlar.
AzPolitika.info


Şərhlər