"Fənərbaxça" futbolçusu Alper Potukla müqaviləni yeniləyib.
Qol.az-ın klubun saytına istinadla yaydığı xəbərə görə, 28 yaşlı yarımmüdafiəçinin 2022-ci ilin iyununa qədər olan müqaviləsi maaşı 40 faiz azaldılaraq yenilənib.
Beləliklə, Potuk yeni müqavilə ilə ilinə 1 milyon 320 min avro qazanacaq. Onun bundan əvvəlki maaşı 2.2 milyon avro idi.


Şərhlər