Menu

"Bundan sonra da tutduğum yolu davam etdirəcəyəm" - Şeyxülislam

22.08.2019, 16:43
"Bundan sonra da tutduğum yolu davam etdirəcəyəm" - Şeyxülislam

"Bu gün tədbirdə söylənən fikirlər mənim üçün çox xoşdur".

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə "Şeyxülislam Allahşükür Paşazadə 70 Mənəviyyata Həsr Olunmuş Ömür" adlı tədbirdə çıxış edən Hacı Allahşükür Paşazadə deyib.

Dediyinə görə, tədbirdə onu çox təriflədilər: “Yəqin ki, bu təriflər məni cızığımdan çıxmağa qoymayacaq. Mən düzgün yolu tutmuşam. Əgər Allah təala mənə ömür versə, bundan sonra da bu yolu davam etməliyəm. Allah insanlara yaxşılıq edən, onlara doğru yol göstərən adamları sevər. Mənim həyatım keşməkeşli dövrdən keçib”.

Hacı Allahşükür Paşazadə qeyd edib ki, bu gün oxuyanlar, dini təhsil alanlar çoxdur: “Çünki onlar üçün müstəqillik dövründə hər bir şərait yaranıb. Mən oxuyanda bilmirdim ki, din xadimi, Şeyxülislam olacağam. Mən oxuyurdum ki, Allahımı, doğru yolu tanıyım. Allah təala da bunu mənə nəsib etdi. Ən əvvəl ailəm, xüsusən də anam mənə bu yolu göstərdi və mən gəlib bu ərsəyə çatmışam. Azərbaycan xalqına təşəkkürümü bildirirəm ki, bunu qiymətləndirir”.

Şərhlər

Səməd 2019-08-22 16:43:39

Hörmətli Şeyx həzrətləri! Gözümü açandan Sizi bu postda görmüşəm (bu postun nə məqsədlə təşkil edildiyidə müəmma olaraq qalır) və belə qənaətə gəlmişəm ki, Sizin İslam Dininə heç bir aidiyyətiniz yoxdur. Çox təəssüf ki, zaman və məkan koryeranız boyu Sizin xeyrinizə işləyib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol