Menu

ABŞ və "Taliban" danışıqlarının 9-cu raundu başlayıb

23.08.2019, 11:17
ABŞ və "Taliban" danışıqlarının 9-cu raundu başlayıb

ABŞ və “Taliban” arasında danışıqların 9-cu raundu ötən gün axşam Qətərin paytaxtı Doha şəhərində başlayıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə “Taliban” sözçüləri məlumat yayıb.

Hazırda Əfqanıstanda olan 20000-ə yaxın xarici hərbçilərin əksəriyyəti amerikalılardır. Avqustun 20-də ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ-ın Əfqanıstandakı hərbi rolu “gülünc” polis qüvvəsinə çevrilib. Avqustun 21-də isə Əfqanıstanda 2 ABŞ hərbi xidmətçisi öldürülüb. Beləliklə də 2019-cu ildə öldürülən ABŞ hərbçilərinin sayı 15-ə çatıb.

Qeyd edək ki, ABŞ və "Taliban" arasında danışıqların 8-ci raundu avqustun 3-12-də Qətərin paytaxtı Dohada keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol