Bakıda Malayziya səfirliyinin binasının rəsmi açılış mərasimi olub. SİA-nın məlumatına görə, mərasimə Azərbaycanda səfərdə olan Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razak, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının rəhbərləri, ictimaiyyət nümayəndələri qatılıblar.
Baş nazir bildirib ki, Malayziya hökumətinin Azərbaycanda səfirlik açması ikitərəfli əlaqələrin inkişafında yeni mərhələ olacaq: “Ümid edirəm ki, Azərbaycan-Malayziya münasibətləri uzun müddətli olmaqla yanaşı hər iki tərəf üçün faydalı olacaq”.
Baş nazir deyib ki, yeni səfir Azərbaycanda 3 il müddətinə fəaliyyət göstərəcək.
Malayziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Abdul Rah qeyd edib ki, iki ölkə arasında diplomatik əlaqələrin çoxdan qurulmasına baxmayaraq, Azərbaycanda rəsmi olaraq bu gündən fəaliyyətə başlayırlar.


Şərhlər