Menu

Bakıda 8 yaşlı oğlanı cərəyan vuraraq öldürüb

23.08.2019, 17:58
Bakıda 8 yaşlı oğlanı cərəyan vuraraq öldürüb

Bakıda azyaşlı faciəli şəkildə ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 8 yaşlı Ələkbərov Ələkbər Yusif oğlu qəsəbə ərazisində yerləşən yüksək gərginlikli elektrik paylayıcısının korpusuna toxunub və o elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.

APA-nın əldə etdiyi məlumata görə, azyaşlı pişiklə oynayarkən heyvan qaçaraq elektrik paylayıcısının korpusuna girib. Uşaq da pişiyin dalınca gedib və nəticədə onu cərəyan vuraraq öldürüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər

t.ədalət 2019-08-23 17:58:30

Belə çıxır ki,prokurorluq pişiyə cinayət işi açacaq.Qanunları belə girdirmə yanaşmadan uzaqlaşdırmaq lazımdır.Eyni maddəni hər şeyə tətbiq etmə hüquqi savadsızlıqdan yaranır.

yalçın 2019-08-23 17:58:30

yenə qeydə alınıb? körpə ölümünə, faciəyə aşkar sayğısızlıq...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol