Menu

Türkiyə “Pəncə-3” əməliyyatına başlayıb

24.08.2019, 12:44
Türkiyə “Pəncə-3” əməliyyatına başlayıb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Sinat-Hafta bölgəsində “Pəncə-3” əməliyyatına başlayıb.

“Report” “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Türkiyənin Müdafiə Nazirliyi əməliyyata dünən start verdiklərini açıqlayıb.

““Pəncə-3” əməliyyatına 23 avqustda başlanılıb. Əməliyyat sərhəd təhlükəsizliyini daha irəlidən təşkil etmək, Sinat-Hafta bölgəsində mövcud olan terrorçuları və istifadə etdikləri mağara, sığınacaqları zərərsizləşdirmək məqsədilə həyata keçirilir. Əməliyyata hava və yerüstü texnikalar dəstək verir”, - deyə nazirliyin yaydığı açıqlamada bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol