Menu

İran parlamenti ABŞ rəsmilərinə sanksiyalar tətbiq edilməsinə dair layihə hazırlayıb

24.08.2019, 14:11
İran parlamenti ABŞ rəsmilərinə sanksiyalar tətbiq edilməsinə dair layihə hazırlayıb

İran parlamentinin deputatları ABŞ dövlət rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı layihə hazırlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, layihə ABŞ-ın İran rəsmilərinə qarşı sanksiyalarına cavab olaraq hazırlanıb.

Layihəyə İran əleyhinə uzun illər fəaliyyət göstərən bəzi rəsmilərin, o cümlədən ABŞ prezidenti Donald Trampın milli təhlüksizlik məsələləri üzrə müşaviri Con Bolton, ABŞ-ın xəzinədarlıq katibi Steven Mnuçin və Senator Ted Cruzun adları daxil edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol