Menu

““S-400”lərin ikinci batereyalarının sabahdan Türkiyəyə daşınmasına başlanacaq” - Hulusi Akar

26.08.2019, 13:46
““S-400”lərin ikinci batereyalarının sabahdan Türkiyəyə daşınmasına başlanacaq” - Hulusi Akar

“Sabahdan etibarən “S-400” havadan müdafiə sisteminin ikinci batereyaları və avadanlıqlarının Türkiyəyə gətirilməsinə başlanacaq”.

APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu barədə açıqlamasında bildirib. Nazir Rusiyadan Türkiyəyə “S-400” tədarükünün iyulun 12-də başlandığını xatırladıb.

H. Akar onu da vurğulayıb ki, Türkiyənin Suriyada təhlükəsiz zona ilə əlaqədar tələbləri qəbul edilmədiyi halda Türkiyə “B” və “C” planlarından istifadə edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol