Menu

Pentaqon Türkiyəyə çatdırılmalı olan "F-35" təyyarələrinin gələcək taleyini müzakirə edir

27.08.2019, 00:40
Pentaqon Türkiyəyə çatdırılmalı olan "F-35" təyyarələrinin gələcək taleyini müzakirə edir

ABŞ müdafiə nazirinin satış və və logistika təminatı üzrə müavini Ellen Lord Türkiyəyə çatdırılmalı olan 5-ci nəsil “F-35” bombardmançı qırıcı təyyarələrin taleyinə aydınlıq gətirib.

APA “TASS” agentliyinə istinadla xəbər verir ki, Lord hazırda bu məsələnin müzakirə olunduğunu deyib.

Onun sözlərinə görə, Pentaqon rəsmi olaraq hələ də Türkiyənin mülkü hesab edilən təyyarələrlə bağlı gələcək addımlar üçün müxtəlif variantları nəzərdən keçirir.

Nazir müavini onu da əlavə edib ki, Türkiyə bir ildən sonra tam şəkildə “F-35” proqramından kənarlaşdırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol