Menu

Daşkənddə milis vətəndaşların saqqalını zorla qırxmağa başlayıb

27.08.2019, 17:05
Daşkənddə milis vətəndaşların saqqalını zorla qırxmağa başlayıb

Avqustun 23-də Özbəkistanın paytaxtındakı ən böyük bazarlardan birində («Malika») milis işçiləri onlarla saqqallı kişini saxlayaraq, şöbəyə aparıblar. Orada onların saqqalını qırxandan sonra, azad ediblər.

"AzPolitika.info"-nun məlumatına görə, bu barədə «BBC»-nin özbək xidməti xəbər verib.

Analoji reyd avqustun 24-də də təkrar olunub. Saxlanılanlardan birinin danışdığına görə, milis əməkdaşları uniformada və mülki geyimdə saqqallıların hamısını saxlayaraq, onları Daşkənd Daxili İşlər Baş İdarəsinin 4-cü şöbəsinə aparıblar.

«Orada bizi türməyə basmaqla hədələdilər: Əgər saqqılınızı qırxmasanız, buradan çıxmayacaqsınız! Saqqalı qırxmağa razı olan kişiləri və oğlanları buraxdılar, müqavimət göstərənləri şöbədə saxladılar» - deyə, saxlanılanlardan biri danışıb.

Özbəkistan müsəlmanları dini idarəsində baş verənlərə ehtiyatlı şəkildə etiraz etməyə cəhd göstəriblər.

«Saqqal saxlamaq hər bir müsəlman üçün sünnədir. Yalnız saqqal saxladığına görə vətəndaşların sıxışdırılması - qanunazidd hərəkətdir» - deyə, dini idarənin anonim nümayəndəsi deyib.

Daşkənd şəhərinin milis idarəsi bu informasiyanı nə təsdiqləyib, nə də təkzib edib.

Xatırladaq ki, Özbəkistanın hüquq-mühafizə orqanların əməkdaşları saqqlal sağlamağı “Hizb-ut-Təhrir” tipli dini təşkilatına və ya “Vəhabiliyə” aid olmaq əlaməti, hətta sübutu kimi baxır. Bunu isə dövlət əleyhinə fəaliyyət hesab edir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol