Menu

Bakı-Sumqayıt qatarlarında yaranan problemin səbəbi bilindi - Açıqlama

28.08.2019, 21:05
Bakı-Sumqayıt qatarlarında yaranan problemin səbəbi bilindi - Açıqlama

Bu gün səhər saatlarında Bakı-Sumqayıt-Bakı elektrik qatarlarından istifadə edən sərnişinlər gedişhaqqı kartlarının yüklənməsində problemlə üzləşiblər.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, buna səbəb elektrik enerjisində qısamüddətli kəsinti olub.

QSC-dən bildirilib ki, yaranan problem 5 dəqiqiə ərzində müvafiq qurumların əməkdaşları tərəfindən həll edilib.

Əlavə olunub ki, yaranmış fasilənin bilet satışı sistemlərində mövcud avadanlıqlarla heç bir əlaqəsi olmayıb:

“Avadanlıqlar həmişə saz vəziyyətdə saxlanılır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol