Menu

Belarus prezidenti ABŞ-la münasibətlərə yenidən baxmağı təklif edib

30.08.2019, 00:17
Belarus prezidenti ABŞ-la münasibətlərə yenidən baxmağı təklif edib

Belarus prezidenti Aleksandr Lukaşenko Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonla Minskdəki görüşü zamanı bəyan edib ki, Vaşinqton və Minsk arasındakı münasibətlərin pis səhifəsi bağlanmalıdır.

Lukaşenkonun sözlərinə görə, Belarus-ABŞ münasibətlərini təmiz vərəqdən başlamaq lazımdır və Boltonun səfəri bu istiqamətdə ilk addım ola bilər.

«Sizin səfəriniz ətrafında baş verən bütün səs-küyə baxmayaraq, burada çoxlu müsbət məqam var, xüsusilə də Belarus üçün. Müsbət odur ki, özünüz də yəqin bilirsiniz, ABŞ-la münasibətlərimizin pisləşməsindən sonra, həmişə təklif etmişik ki, həmin pis səhifəni bağlayaq və yeni səhifədən başlayaq» - deyə, Belarus prezidenti bəyan edib.

Bolton da öz növbəsində, ümid etdiyini bildirib ki, tərəflər bölgəsel təhlükəsizlik, insan haqları və silahların yayılmaması sahəsində ümumi dil tapa biləcəklər.

«Mən də sizinlə razıyam, biz çox açıq olmalıyıq və mən hesab edirəm ki, ümumi dil tapa biləcəyik» - deyə, Bolton əlavə edib.

Bolton yüksək məqamlı ilk amerikalı məmurdur ki, son illər Belarusa səfər edib. Yaxın vaxtlarda o, Belarusun xarici işlər naziri Vladimir Makeeylə görüşməlidir.

Açıq-aşkar görünür ki, Belarusla münasibətləri isitməklə, ABŞ Şərqi Avropada Rusiyanın təsir dairəsini qısaltmaq cəhdi göstərir. Onu da nəzərə almaq lazımdır ki, Rusiya ilə Belarus müttəfiq dövlətlərdir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol