Türkiyənin "Fənərbağça" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" "Haberturk"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi son olaraq "Başakşehir"də çıxış edən Mevlüt Erdinçlə anlaşıb. 32 yaşlı hücumçu ilə ikiillik razılıq əldə olunub.
Qeyd edək ki, Mevlüt Erdinç karyerası ərzində Fransanın "Soşo", PSJ, "Renn", "Sent-Etyen" və "Metz" komandalarının formasını geyinib. O, Almaniyada "Hannover"in də şərəfini qoruyub.


Şərhlər