Menu

«Biz, əl açıb ABŞ-ın qabağına qaçmırıq» - Belarus XİN

31.08.2019, 08:00
«Biz, əl açıb ABŞ-ın qabağına qaçmırıq»  - Belarus XİN

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonla görüşün yekunları barədə danışan Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey maraqlı açıqlamalar verib. O, bəyan edib ki, Belarus əl açb ABŞ-n qabağına qaçmır və nə isə verməyi və ya masa üzərinə qoymağı xahiş etmir. Bu barədə XİN-nin «Feysbuk» səhifəsində xəbər verilir.

Xarici işlər naziri qeyd edib ki, Con Boltonun Minskə səfəri faktının arxasında heç bir gizli məqsəd axtarmaq lazım deyil. Onun sözlərinə görə, müşavir Con Bolton bir neçə ölkəyə turnesi çərçivəsində Belarusa da səfərə gəlib. Səfərin məsədi isə «bölgədə situasiya ilə tanışlıq» və perspektivə nəzər salmaq olub. Nəzərə almaq lazımdır ki, bölgədə «hər şey heç də sakit deyil».

«Ona görə də bu səfərin həyata keçirilməsi barədə bizə sorğu daxil olarkən, biz ABŞ-la normal munasibətlər qurmağa çalışdığımız mövqedən çıxış edərək, bu görüşə razılıq verdik. Etiraf etmək lazımdır ki,  bu gün ABŞ obyektiv olaraq, dünyada aparıcı gücdür. Deməliyəm ki, səfər çox-çox faydalı oldu» - deyə, Makey qeyd edib.

Budan başqa, Belarus XİN başçısı bəyan edib ki, danışıqlar zamanı «heç kim nəyə isə birləşməyə və ya kimin yanındansa, nədən isə aralanmağa çağırış etməyib».

«Bölgədəki vəziyyətlə, dünyadakı situasiya ilə bağlı səmimi diskusiya olub - təhlükəsizlik, ticarət-iqtisadi əməkdaşlıq, ikitərəfli münasibətlərin inkişafı istiqamətlərində diskusiya» - deyə, nazir əlavə edib.

Bununla yanaşı, Belarusun xarici işlər naziri onu da nəzərə çatdırıb ki, ölkəsi Trampın müşaviri ilə ikitərəfli münasibətlərin inkişafı sahəsində dialoqun davam etdirilməsi və üzdə olan bəzi məsələlərin həllinin tapılması barədə razılığa gəlib.

«Belarus prezidenti dəqiq ifadə etdi ki, biz, əl açıb ABŞ-ın qabağına qaçmırıq, ondan nəyi isə bizə verməsini istəmirik və ya hansısa tikəni ağzımıza tullamağı xahiş etmirik. Yox! Biz, sadəcə, bərabər hüquqlu ticarət-iqtisadi, siyasi, humanitar və digər istiqamətlərdə əməkdaşlıq və qarşılıqlı fəaliyyət istəyirik. Biz, buna hazırıq…» - deyə, nazir bəyan edib.

Onun fikrincə, Boltonun indiki səfəri həm də ona görə, əhəmiyyətlidir ki, tərəflər bir-birini yaxından başa düşmək cəhdi göstərdilər.

«Və mən hesab edirəm ki, bu səfərin başlıca nəticəsi ondan ibarətdir ki, tərəflər bir-birini eşitməyə cəhd göstərdilər və razılığa gəldilər ki, belə dialoq perspektivdə də davam etdirilməlidir» - Makey bəyan edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol