Menu

Filippində təyyarə qəzasında 7 nəfər ölüb

01.09.2019, 18:10
Filippində təyyarə qəzasında 7 nəfər ölüb

Bu gün Filippində kiçik təyyarə qəzaya uğrayıb."Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli mətbuata istinadən məlumat yayıb.

Qeyd olunub ki, qəza nəticəsində azı yeddi nəfər ölüb.

Təyyarə qəzası Kalamba şəhəri yaxınlığında yerləşən Pansol yaşayış məntəqəsində baş verib. Hadisə yerinə xilasedicilər və qəza araşdırma komissiyası cəlb edilib.

Qəzanın səbəbi məlum deyil. Fakt üzrə araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol