Menu

"Fənərbağça" Luis Qustavonun keçidini həll edib

01.09.2019, 23:20
"Fənərbağça" Luis Qustavonun keçidini həll edib

Türkiyənin “Fənərbağça” klubu növbəti transferini gerçəkləşdirib.

APA-nın məlumatına görə, İstanbul təmsilçisi uzun müddətdir heyətinə qatmaq istədiyi Luis Qustavo ilə anlaşıb.

Fransanın “Marsel” klubundan transfer olunan braziliyalı artıq İstanbula gəlib. 32 yaşlı yarımmüdafiəçi Super Liqanın “Trabzonspor”la bu gün keçiriləcək qarşılaşmasını tribunadan izləyəcək.

Sabah tibbi müayinədən keçəcək müdafiəçi bundan sonra yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, “Fənərbağça” braziliyalı futbolçu üçün “Marsel”ə 6 milyon avro ödəyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol