Menu

ABŞ İdlibə aviazərbələr endirib – Rusiya ittiham edir!

02.09.2019, 08:31
ABŞ İdlibə aviazərbələr endirib  – Rusiya ittiham edir!

Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi təyyarələri İdlib təhlükəsizlik zonasına – Maarət-Misrin və Kafər-Hay qəsəbələrinin arasını bombardman edib. Həlak olanlar və dağıntılar var. Bu barədə, Suriyadakı düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin xəbərində deyilir.

ABŞ isə bəyan edib ki, «zərbə ilə Suriyadakı Əl-Qaidə qruplaşmasının idarəetmə məntəqəsi məhv edilib – məntəqə ABŞ hərbçiləri üçün təhlükə idi».

Rusiya mərkəzinin məlumatına görə, ABŞ zərbə barədə nə Rusiyanı, nə də Türkiyəni xəbərdar etməyib. Halbuki, hər iki tərəf İdlibdəki barışığın qarantıdır və bu ərəfədə onların təşəbbüsü ilə Bəşər Əsədin ordusu «birtərəfli qaydada» sözügedən zonada ətəşi dayandırıb. Eyni zamanda, Əsədi dəstəkləyən Rusiya aviasiyası da bölgədə uçuşları dayandırıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol