Menu

Azərbaycan nefti həftə ərzində cüzi ucuzlaşıb

02.09.2019, 10:18
Azərbaycan nefti həftə ərzində cüzi ucuzlaşıb

Ötən həftə ərzində (26-30 avqust) dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftənin 0,2 ABŞ dolları və ya 0,32% azalaraq orta hesabla 62,7 dollara bərabər olub.

Həftə ərzində ən yüksək göstərici – 63,56 dollar – avqustun 28-də qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol