Menu

Səhiyyə Nazirliyi adından saxta e-mail yaradılıb

02.09.2019, 11:17
Səhiyyə Nazirliyi adından saxta e-mail yaradılıb

Səhiyyə Nazirliyi adından saxta e-mail yaradılıb. Nazirlikdən "Report"a daxil olan məlumata görə, bu gün bir çox media qurumlarına və jurnalistlərə e-mail ünvanlanıb.

"Bildiririk ki, "info@sehiye.gov.az" mail ünvanının Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxdur. Səhiyyə Nazirliyinin rəsmi e-mail ünvanı office@health.gov.az-dır", - məlumatda bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol