Menu

Avropa İttifaqı Myanmaya yeni humanitar yardım paketi ayırıb

02.09.2019, 18:19
Avropa İttifaqı Myanmaya yeni humanitar yardım paketi ayırıb

Avropa İttifaqı (Aİ) Myanmaya yeni humanitar yardım paketi ayırıb.

APA-nın Avropa Komissiyasının saytına istinadən verdiyi xəbərə görə, 9 milyon avro dəyərində yardım paketi Myanmanın Kaçin, Şan və Rakhine ştatlarında yaşayan zorakılığa məruz qalmış ailələrin ehtiyaclarına sərf olunacaq.

Qeyd edək ki, Aİ 1994-cü ildən bəri Myanmada humanitar əməliyyatları maliyyələşdirərək, həm münaqişə, həm də təbii fəlakətlərdən zərər çəkmiş insanlara yardım məqsədi ilə 249 milyon avrodan çox vəsait ayırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol