Menu

Türkiyə prezidenti ABŞ-a rəsmi səfərə gedəcək

03.09.2019, 18:18
Türkiyə prezidenti ABŞ-a rəsmi səfərə gedəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 21-dən 26-dək ABŞ-da rəsmi səfərdə olacaq.

“Report” dövlət başçısının dəftərxanasına istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə lideri BMT Baş Assambleyasının Nyu-Yorkdakı 74-cü sessiyasında iştirak edəcək.

Belə ki, rəsmi açılışı sentyabrın 17-də keçiriləcək sessiyada ümumi müzakirələr ayın 24-dən başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol