Menu

"Kütləvi şəkildə əxlaqsızlıqla məşğul olan qadınlara daha rast gəlinmir" - Polisdən açıqlama

05.09.2019, 15:05
"Kütləvi şəkildə əxlaqsızlıqla məşğul olan qadınlara daha rast gəlinmir" - Polisdən açıqlama

Bakı Şəhər Baş Polis İdarəsi bir neçə gün əvvəl paytaxtın bəzi ərazilərində yüngül həyat tərzi sürən şəxslərin profilaktikasına dair ictimai təhlükəsizlik əməkdaşlarından ibarət fasiləsiz fəaliyyət göstərən xüsusi naryad qrupları yaradıb.

Belə ki, Bakının “Fəvvarələr meydanı” və Nizami küçəsində, Nəsimi rayonu, Səməd Vurğun və Nizami küçələrinin kəsişmələrində milli-mənəvi dəyərlərə uyğun olmayan davranışların, ictimai əhəmiyyət kəsb edən digər neqativ halların şahidi olurduq. İctimai təhlükəsizilik əməkdaşlarının əsas vəzifəsi insanların bu cür mənzərə ilə qarşılaşmaması, bu halların aradan qaldırılmasıdır.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, aparılan profilaktik tədbirlər öz nəticəsini verib.

“Nəzarətə götürülən yerlərdə kütləvi şəkildə əxlaqsızlıqla məşğul olan qadınlara daha rast gəlinmir”.

Bakı polisinin rəsmi nümayəndəsi profilaktik tədbirlər zamanı saxlanılan şəxslər barədə ümumi məlumatın yaxınlarda mətbuata açıqlanacağını da əlavə edib.

Şərhlər

Zaur 2019-09-05 15:05:29

Respublikada bu qədər iş yerləri açılıb.Niyə bu fahişələri məcburi əməyə cəlb eləmirsiniz? Fabrik-zavodlarımız günün günorta çağı əllərində çıraqla işçi axtarırlar.

yalçın 2019-09-05 15:05:29

bu nə demək, yəni 100-200-500 nəfər eyni yerdə və zamanda? belə açıqlama olar dövlət orqanından?..prosto ujas..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol