2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsinin nəticələri açıqlanıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, 3 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.
İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əsli, tibbi arayış, şəxsiyyət vəsiqəsi (surəti), 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) 6-10 sentyabr tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.


Şərhlər
Peşə Təhsil müəssisələrinə Mircavad Abbasov kimiləri rəhbərlik edir,o Peşə təhsilindən heç kim yararlanmayacaqdır.. Yalnız özü yararlanır....? Pelə adamlar vaxtında özlərinə layiq olan yerlərə göndərilməlidir .....? Çünki peşə təhslindən söhbət gedə bilməz, təhsil yoxdur....?