Menu

ABŞ-ın Cənubi Koreyadakı raketləri Rusiya üçün təhlükədir - Putin

06.09.2019, 15:47
ABŞ-ın Cənubi Koreyadakı raketləri Rusiya üçün təhlükədir - Putin

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, setyabrın 5-də Şərq İqtisadi Forumunun (ŞİF-2019) panel sesiyasında çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib ki, Birləşmiş Ştatların Cənubi Koreyada yerləşjirdiyi yer bazalı raketlər Uzaq Şərqi və Rusiyanın bu bölgədəki hərbi bvzalarını «hədəfə almış olur».

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Orta və qısa mənzilli raketlərin ləğvi (OQMRL) barədə Müqavilədən çıxmasından sonra, Pentaqon Asiyada orta mənzilli  raketlərin yerləşdirilməsini dəstəkləyib. Bu barədə avqustun 3-də ABŞ müdafiə naziri Mark Esper bildirib.

Onun sözlərinə görə, Çinin bölgəyə təsirini dayandırmaq qaçılmazdır. «Biz istərdik ki, bunu mümkün qədər tez bir zamanda edək, amma belə işlər adətən əvvəl gözlənildiyindən daha çox vaxt aparır» - deyə, ABŞ müdafiə naziri qeyd edib.

Mark Esper əlavə edib ki, onlar bu planları artıq yaxın bir neçə ay ərzində həyata keçirmək istərdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol