«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Estoniyanın araşdırmaçı jurnalistləri bəyan ediblər ki, 2014-cü ildən üzəbəri ölkədə Amerika Birləşmiş Ştatları (ABŞ) xüsusi təyinatlılarını hazırlayan gizli baza fəaliyyət göstərir.
«EKK» kanalının xəbər verdiyi kimi, kütləvi informasiya vasitələri (KİV) artıq dəfələrlə xəbər veriblər ki, Baltikyanı ölkələrdə daimi əsaslarla ABŞ xüsusi təyinatlıları yerləşdiriləcək, ancaq bu informasiyanı heç vaxt təsdiq etməyiblər.
Bu arada, bildirilir ki, ABŞ Müdafiə Nazirliyinin (MN) sənədlərinə əsasən, 2019-cu ildə Pentaqon Estoniyanın «xüsusi əhəmiyyətli obyektinin» ehtiyaclarının ödənilməsi məqsədilə bu ölkəyə 15,7 milyon dollar vəsait ayıracaq. Söhbət ABŞ hərbçiləri (xüsusi bölmələrin yüksək ixtisaslı döyüşçüləri) üçün yaradılmış məşq düşərgəsindən gedir.
Jurnalistlərin sözlərinə görə, ABŞ xüsusi təyinatlılarının Estoniya ərazisində yerləşdirilməsinə Krımın Rusiya tərəfindən ilhaq edilməsi təkan verib.
"AzPolitika"


Şərhlər