Menu

“BİZ ONLARI SATIN ALSAQ BELƏ...” – YAP-çı deputat mövqeyini dəyişən müxalifətçiləri “düşmən” adlandırdı! (ŞOK)

08.09.2019, 17:56
“BİZ ONLARI SATIN ALSAQ BELƏ...” – YAP-çı deputat mövqeyini dəyişən müxalifətçiləri “düşmən” adlandırdı! (ŞOK)

“Düşmən gəlib içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək. Çünki onlarda qərəz deyil, mərəzdir”.

“AzPolitika.info”-nun məlumatına görə, əvvəllər müxalifətdə olmuş, sonradan mövqeyini dəyişərək iqtidar tərəfə keçmiş siyasətçilərlə bağlı belə sərt fikri Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından və məşhur “91-lər”dən olan deputat Eldar İbrahimov deyib. O, demokrat.az saytına açıqlamasında bu mövzuda danışıb.

Eldar İbrahimov hakimiyyətə tərəf keçib pul, vəzifə və mandat alan şəxsləri “düşmən” adlandırıb: Biz onları satın alsaq belə, Azərbaycandakı inkişafı, əmin-amanlığı gözü götürməyən xarici qüvvələr var. İstəsək də, lap çox pul versək də, onlar milli maraqlarımıza xidmət etməyəcəklər. Çünki xarici qüvvələrin əlində idilər. Onların məqsədi xarici qüvvələrdən çoxlu pul alaraq, hakimiyyəti ələ keçirtmək idi. Düzdür, bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta, deputat da oldu. Amma bir şeyi deməliyəm ki, düşməndən sənə dost ola bilməz. Düşmən gəlib içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək. Çünki onlarda qərəz deyil, mərəzdir. Ona görə onların dostluğu bizə lazım deyil”.

Deputat açıqlamasında müxalifəti də xarici qüvvələrə işləməkdə ittiham edib. “Dediyim kimi, xarici qüvvələr imkan verməyəcək ki, onlar Azərbaycana xidmət göstərsin. İndi hansı müxalifətçinin xarici ölkədə evi, imkanı yoxdur?! Bunu bütün Azərbaycan xalqı bilir…” – deyə E. İbrahimov bildirib.

Fikrimizcə, E.İbrahimovun mövqeyini dəyişən müxalifətçilərlə bağlı belə sərt fikirləri, onları hətta düşmən adlandırması anlaşılmaz olmaqla yanaşı həm də iqtidarın uzun illərdir apardığı siyasətə qarşı çıxmaqdır.

R.Əliyev

AzPolitika.info

Şərhlər

İtirəsi heç nəyim yox 2019-09-08 17:56:33

Millət vəkili yox, təyin olunmuş ...

Qərib müəllimə və Novruzəliyə 2019-09-08 17:56:33

Mən başa düşdüm. Eldar m.m demək istəyir ki, məsələn, Akademik Z.S. əvvəllər mərhum Heydər Əliyevə qarşı idi, indi özü, övladı, bacısı uşaqları yüksək vəzifə tutub varlanıblar. Demək istəyir ki, həmin adamlar konyukturaya xidmət edirlər.

Görüb Bilməzov 2019-09-08 17:56:33

Cənab DEPUTAT 91-lə birgə ilkin məram və ümidlər üzrə xalqa siyasi-iqtisadi hesabat verə bilər: Müstəqil Ərzaq təminatı, beş yüz min ton pambıq, SSRdən yüksək maaş, ailə, təhsil, səhiyyə təminatları və s.? Neftin qiymət fərqi azı 3-5 dəfə yüksəliş verməli idi?

fikrət 2019-09-08 17:56:33

mən hecnə başa düşmədim vALLAH bəlkə elmar məmmədyarov tərcümə eləsin

AAgahuseyn 2019-09-08 17:56:33

Qapı-qapı ğəzən yaltaqdan dost olmaz.Qvardiyacı YAP-cıları qorumalı idiniz müəllim.Onlar indi kənardan baxır.

Ali 2019-09-08 17:56:33

Sədaqətli, ləyaqətli, əqidəli YAP-çıları əzdiniz, qovdunuz, küncə sıxışdıraraq onların əvəzinə Sahibkarlar partiyası başda olmaqla satqın müxalifətçiləri hakimiyyətə doldurdunuz.Ən debil siyasətçi də anlar ki, satqın 1 dıfə satıbsa yenə satacaq.İndi hakimiyyət əli aşından da olub, vəli aşından da.Heç olmasa keçmiş YAP-çılardan (boyat YAP-çı?)qalıbsa yəgın ətrafınıza.Gec deyil.Onlar mübarizə aparacaqlar.Mübariz, Bahar kimi agızlarına su almayacaq, Əli Əhmədov kimi hər kəlməbaşı ..........

Köntö 2019-09-08 17:56:33

Adə bunlar nə danışır? Əvvəl S.Novruzov, indi də E.İbrahimov.Deməli müxəlifətdəsənsə düşmənsən.A kişi düşmən ermənidir ey, Qarabağda yallı gedir.Birincisi cənab Eldar İbrahimov, düşmən adlandırdığın müxəlifətdən, yəni AMİP-dən YAP-a keçən AR-nın Baş Naziri Novruz Məmmədov, AR-nın Baş Nazirinin müavini Əli Əhmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və neçə-neçə deputatlar.Siz demək istəyirsiniz onlar düşməndirlər? İkincisi yazırsınız ki “hansı müxalifətçinin xarici ölkədə evi, imkanı yoxdur?!”. Siz yəni S.Novruzovun eks YAP-çı nazirlərin milyardlar yediyi haqqındakı yazısını oxumamısınız? Sual olunur hansı məmurun, xaricdə evi yoxdur? Onların övladları ehtiyyat tədbiri kimi artıq xarici ölkə vətəndaşıdır.Yəni bu analoqu olmayan məsələrdən xəbəriniz yoxdur?

Müəllif 2019-09-08 17:56:33

Elə bunun özü və yaxınları kreslo mərəzləridir. Yaxınlarına yeni qoltuq tapa bilmədiyi üçün yol axtarır. Bunun kimi çoxlu 88-lər, 91-lər, 92-lər, 2003-lər və s. də var. ........

Faiq 2019-09-08 17:56:33

O bilir kimləri düşmən adlandırır, bir az fırladıb deyir. Ay deputatmı deyim, nə deyim bilmirəm. Mən siyasətçi deyiləm. Ancaq millətin, dövlətin, hakimyətin müxalifəti olar ki, rəqabət olsun cəmiyyət, iqtisadiyyat inkişaf etsin. Bunu sən niyə dərk eləmək istəmirsən ya da ki sənin dərrakən elə bu qədərdir. Bu deputatların, məmurların harınlığını kimsə deməlidir ya yox? 100 milyardlar yox olub. Onu kimsə yada salmalıdır ya yox? Qarabağı 26 ildir alan yox yaddan çıxıb. Yada salan lazımdırmı? Rüşvət talan yerlibazlıq ədalətsizlik baş alıb gedir. Kimsə soruşmalıdırmı? Normal millətin hakimyətin müxalifəti olamalıdır. Rəhmətlik UlU ÖNDƏRİMİZ də müxalilifətin mövcudluğuna imkan verirdi. Və heç vaxt müxalifətə düşmən deməmişdir. Əslində hakimyəti 40 faiz müxalifət idarə edir. Əyrini deyir tələb edir yazır, hakimyət də düzəldir. Sənin kimilər erməniyə düşmən demir, ancaq müxalifəti öz millətimizi düşmən hesab edirsən. İndi fikirləş millətin düşməni kimdir?

bayraməli 2019-09-08 17:56:33

Mən tarixi nadiri oxumuşam bunun dediyindən bir şey anlamadım,BƏLKƏ SİZ ANLADIZ.

Bashirov Qarib 2019-09-08 17:56:33

Anlayan oldumu,bu nə danışır, belə.Danışdıqca batırlar. Sussalar daha yaxşıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol