Bu gün bir neçə rayonun təbii qaz təhcizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz tənzimləyici avadanlıqların mənbəyə birləşdirilməsi və təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan 18:00-dək Sabunçu, Siyəzən və Göygöl rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Şərhlər