Adil İsmayılovdan şikayət edən vəkil bəyanat yaydı - "Dedi ki, mən yazmışam, düz etmişəm..."

Xəbər verdiyimiz kimi, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə tanınmış vəkil Adil İsmayılovun fəaliyyəti 1 il müddətinə dayandırılıb. Rəyasət Heyəti bir başqa vəkil Sahil Quliyevin şikayəti əsasında belə bir qərar verib.

S.Quliyev bu gün bunla bağlı bəyanat yayıb. Vəkilin “AzPolitika”ya daxil olan bəyanatında bildirilir: “Vəkil Adil İsmayılov öz “Facebook” səhifəsində müxtəlif vaxtlarda vəkil həmkarlarını və məni təhqir edən yazılar paylaşmış, öz həmkarları barəsində “qul”, “kölə”, “mağmın”, “şərəfsiz” kimi şərəf və ləyaqəti alçaldan, qeyri-etik ifadələr işlədərək, vəkillər üçün məcburi olan etik davranış qaydalarını pozmuş, bu isə öz növbəsində vəkillər arasında haqlı narazılıqlara səbəb olmuşdur. Həmin yazılarla bağlı mən və digər vəkillər – Elmar Kərimov və Tahir Əlirzayev şikayətlə Vəkillər Kollegiyasına müraciət etmişdik.

Bu şikayətlər Vəkillər Kollegiyasının İntizam Komissiyasında vəkillərin və A.İsmayılovun iştirakı ilə tam və hərtərəfli araşdırılmış və qanunamüvafiq qaydada araşdırmanın nəticələrinə dair rəy, baxılması üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edilmişdir.

Rəyasət Heyətinin 9 sentyabr 2019-cu il tarixli iclasında İntizam Komissiyasının sədri Şahmar Məmmədovun rəyi dinlənildikdən sonra həm vəkil Adil İsmayılov, həm də mən şikayətə dair izahatlarımızı vermişik.

Adil İsmayılov iclasda izahat verərək, “mən yazmışam, düz etmişəm, kim özünə götürür, götürsün” deməklə, şikayətə səbəb olmuş yazıların onun tərəfindən yazıldığını etiraf etsə də, həmin yazılardakı ifadələrin təhqir olmadığını bildirmişdir.

Mən isə öz izahatımda vəkillərin və mənim barəmdə Adil İsmayılovun yazılarındakı ifadələrin vəkillərin davranış qaydaları haqqında Əsasnamənin 2.4-cü, 5.3-cü bəndlərinə zidd olduğunu bildirdim”.

S.Quliyev daha sonra yazır ki, Rəyasət Heyətinin Sədri Anar Bağırovun barışıqla bağlı təklifinə nə Adil İsmayılov, nə də o müsbət münasibət bildirməyib. “Hətta A.İsmayılov İntizam Komissiyasının rəyi ilə razılaşaraq, fəaliyyəti dövründə bir neçə dəfə töhmət aldığını, baxılan intizam işi üzrə ona bir əlavə töhmətin verilməsinə də razı olduğunu Rəyasət Heyəti üzvlərinə bəyan etdi.

Daha sonra Vəkillər Kollegiyasının Rəyasət Heyəti müşavirədən sonra mənim və Adil İsmayılovun iştirakı ilə Adil İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə qərarını elan etdi.

Mən bu gün də hesab edirəm ki, bütün vəkillər öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına, o cümlədən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Vəkillərin davranış qaydaları haqqında Əsasnaməyə ciddi riayət etməlidirlər.

Hər bir şəxs, xüsusilə də hüquqşünas, etdiyi hərəkətin məsuliyyətini dərk etməli, başqa şəxslərin hüquqlarını pozmamalıdır”.

“AzPolitika”

635x100

Şərhlər

Düz söz 2019-09-11 20:00:45

Adil İsmayılov əsil Vəkildir,xalqımız onu vəkili kimi tanıyır. Ondan başqa Vəkillər Kollegiyası savadlı vəkilləri sıradan çıxartmaqla məşğuldur....

cəngərlik sakini 2019-09-11 20:00:45

çox qəribədir son vaxtlar döyənlər "döyülənlərdən "təhqir olunanlardan çəkidə ən azı 2 dəfə yüngül boynunun radiusu(yəni yoğunluğu)2 dəfə nazik olur.rus demişkən şto za narod poşol.

veten dashi 2019-09-11 20:00:45

Ver qabağa ver dala hele molodoysan bala. Yeqin ağalarından gösteriş alıblar onlara vezife verecekler. Günəşi örtsə də qara buludlar yenə Günəş adlı bir qüdrəti var. Adil müəllim bir ziyallılıq günəşidir.Bir dəfə ötərgi təmasım olub O SHEXSİYYET-lə mən onun ziyallılığına qibtə etmişəm...Nə yaxşı ki Cəmiyyətimiz Vahid Əhmədovlardan,Cəmil Həsənlilərdən,Adil İsmayılovlardan xali deyil..

EJDER 2019-09-11 20:00:45

AYE,SIZ MAKLERLER KOLLEQIYASISINIZ,BEKIL,MEKIL,MEHKEME HAMISI BOW WEYDI, BU ANALOQU OLMAYAN HOKUMET KIMI

Elli 2019-09-11 20:00:45

malades

Son yazılar