Menu

“Sağlam Yaşa" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Masallı rayonunda tədbir keçirib

13.09.2019, 18:53
“Sağlam Yaşa" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Masallı rayonunda tədbir keçirib

12 sentyabr 2019- cu il tarixində “ Sağlam Yaşa" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Masallı rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığını yaradan səbəblər və onların aradan qaldırılmasına dəstək” mövzusunda dəyirmi masa keçirmışdır. Tədbiri layihə rəhbəri Tələt Qəribov açaraq məişət zorakılığı və onun fəsadları barədə geniş məlumat verib. Ailə dəyərlərinin möhkəmləndirilməsi, insan haqlarının müdafiəsi sahəsində davamlı işlahatlar aparılmasına baxmayaraq, dünyanın əksər ölkələrində olduğu kimi bizim ölkəmizdə də məişət zorakılığı mürəkkəb bir problemə çevrilmişdir. Əksər hallarda məişət zorakılığının sosial problem kimi yox, adi hal kimi qəbul edilməsi bu kimi halların aradan qaldırılmasını daha da çətinləşdirir. Nəticədə ailələr dağılır, insanlar sağlamlıqlarını itirir, uşaqlar psixoloji travma alır, bəzən bu səbəblərdən ailədaxili qətllər baş verir.

Mövzu ətrafında Masallı rayon Ziyalılar Birliyinin sədri Qardaş Fətullayev, rayon Xırmandalı kənd tam orta məktəbinin direktoru Kamal Təhməzov, Ərkivan məktəbinin müəlliməsi Südabə Bağırova, yerli “Ümidim sənsən” İctima Birliyinin sədri Fidan Abbasova, İctimai fəal Əfrayıl Fərziyev və başqaları mövzu ətrafında öz fikir və təkliflərini bildiriblər. Tədbir iştirakçıları bu kimi tədbirlərin rayonlarda təşkil olunmasını bu sahədə az da olsa müsbətə doğru nəticə verəcəyini qeyd ediblər. Sonda iştirakçılara mövzunu əhatə edən bukletlər paylanmışdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol