Menu

“Başakşəhər” xal itirib, "Beşiktaş" məğlub olub

14.09.2019, 23:40
“Başakşəhər” xal itirib, "Beşiktaş" məğlub olub

Türkiyə Super Liqasında IV tur davam edir.

APA-nın məlumatına görə, bu gün turun üç matçı baş tutub.

Çempionatın iddialılarından olan İstanbul klubları günü xal itkisi ilə başa vurublar. “Başakşəhər” “Sivasspor”la görüşdə yalnız bir xal qazanıb.

“Beşiktaş” isə Qaziantep səfərində eyniadlı komandaya uduzub. İstanbullular darmadağından son dəqiqələrdə xilas olublar.

Qeyd edək ki, tura sentyabrın 15-də yekun vurulacaq.

Türkiyə Super Liqası

IV tur

14 sentyabr

“Başakşəhər” – “Sivasspor” – 1:1

Ba, 46 – Yatabare, 39

“Antalyaspor” – “Kayserispor” – 2:2

Blanko, 2, Özkan, 50 (pen.) – Adebayor, 44 (pen.), Pouleyn, 74

“Qaziantep” – “Beşiktaş” – 3:2

Tvumasi, 8 (pen.), Vural, 58, Çibsa, 79 – Nayir, 83, Hatçinson, 85

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol