Menu

Həsən Ruhani Ermənistana səfər edəcək

16.09.2019, 16:21
Həsən Ruhani Ermənistana səfər edəcək

İran Prezidenti Həsən Ruhani Ermənistana səfər edəcək.

APA-nın “aysor.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, səfər oktyabrın 1-də baş tutacaq.

Xatırladaq ki, oktyabrın 1-i Yerevanda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol