Menu

"Azərbaycanın gündəliyində KTMT-yə qoşulmaq məsələsi yoxdur" - Hikmət Hacıyev

17.09.2019, 12:05
"Azərbaycanın gündəliyində KTMT-yə qoşulmaq məsələsi yoxdur" - Hikmət Hacıyev

Azərbaycanın gündəliyində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmaqla bağlı məsələ yoxdur.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Hal-hazırda belə bir məsələ yoxdur. Azərbaycan hər hansı status üçün müraciət etməyib. Yəni, bizdə bu əsnada hər hansı müzakirə aparılmır", - deyə Hikmət Hacıyev qeyd edib.

Ermənistan tərəfinin bunun əleyhinə olması ilə bağlı İrəvanın bəyanatlarına münasibət bildirən şöbə müdiri vurğulayıb ki, görünür, Ermənistan tərəfinin müxtəlif səviyyələrdə fobiyası var: "Azərbaycan müraciət etmədiyi halda belə, o fobiya və koplekslərdən irəli gələrək, Ermənistan hər bir məsələni diplomatik çərçivədən kənar şəkildə müzakirə etməyə cəhd göstərir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol