Menu

“Türkiyənin gündəmində erkən seçki yoxdur” - Ömər Çelik

18.09.2019, 21:38
“Türkiyənin gündəmində erkən seçki yoxdur” - Ömər Çelik

“Türkiyənin gündəmində erkən seçki yoxdur, çünki seçki prosesinə vətəndaş hakimdir, vətəndaşlar da bunu istəmirlər”.

APA-nın yerli bürosu xəbər verir ki, bu fikri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin Mərkəzi Komitəsinin növbəti toplantısından sonra partiyanın katibi Ömər Çelik bildirib.

O deyib ki, hazırkı iqtidar gündəmə hakimdir və Türkiyə üçün yeni bir islahatlar dönəmi başlayır.

AKP sözçüsü bildirib ki, bu islahatlar ilk olaraq hərbi və məhkəmə sahəsindəki qanunlarla bağlı olacaq: “Türkiyə Böyük Millət Məclisinin oktyabr ayında yeni sessiyaya başladığında Türkiyənin məhkəmə strukturlarında islahatlarla bağlı qanun layihəsindəki dəyişiklərin məclisin gündəminə gələcəyi gözlənilir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol