Menu

"Airbus" işçiləri Almaniyada sənaye casusluğunda şübhəli bilinirlər

19.09.2019, 12:07
"Airbus" işçiləri Almaniyada sənaye casusluğunda şübhəli bilinirlər

Münhen Prokurorluğu əllərində Almaniya Silahlı Qüvvələrinin gizli kommersiya sənədləri olan "Airbus" konserninin bir neçə işçisi barədə araşdırma aparır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Nəşr yazır ki, sənəddə Bundesverin almağa hazırlaşdığı avadanlıq göstərilib. O cümlədən konsernə Almaniya Silahlı Qüvvələrinin hansı rabitə sistemini almaq istədiyi də məlum olub.

Bildirilir ki, belə sənədlərin aşkar olunması barədə şirkət özü prokurorluğa və Almaniya Müdafiə Nazirliyinin nümayəndələrinə məlumat verib.

"Nəticədə şirkət qalmaqalda adı hallanan 20-yə yaxın əməkdaşını işdən azad edib. Bundesver də öz növbəsində, hərbçilərdən birinə qarşı intizam tədbirləri görüb", - məqalədə deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol