Menu

Türkiyədə azərbaycanlı qadınları əxlaqsızlığa məcbur edənlər saxlanıldı

20.09.2019, 23:30
Türkiyədə azərbaycanlı qadınları əxlaqsızlığa məcbur edənlər saxlanıldı

Türkiyə polisi qadınları əxlaqsızlığa məcbur edən şəxsləri saxlayıb. Türkiyə mətbutatında bildirilir ki, polis İzmirdə əməliyyat keçirib. Nəticədə adları açıqlanmayan bir kişi və bir qadın həbs olunub.

Məlumata görə, onlar eyni zamanda azərbaycanlı iki qadını da fahişəliyə məcbur ediblər. Qanunsuz əməllə məşğul olan iki şəxs məhkəmə qarşısına çıxarılıb. Azərbaycanlı qadınlar isə sərbəst buraxılıblar.

Qeyd edilir ki, saxlanılan kişi ilə qadın sevgili olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol