Menu

Xırdalanda 7 yaşlı uşağı maşın vurub

20.09.2019, 23:53
Xırdalanda 7 yaşlı uşağı maşın vurub

Abşeron rayonunun Xırdalan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report"un məlumatına görə, hadisə "Köhnə bazar" adlanan yerdə qeydə alınıb.

2012-ci il təvəllüdlü Cavadzadə Nihad Rəşad oğlu evlərinin yanında yoldan keçərkən onu maşın vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol