Sentyabrın 10-da ABŞ-da təqdim edilmiş yeni Ayfon 11 telefonları artıq Azərbaycana gətirilib.
Bakupost.az xəbər verir ki, Ayfon 11 telefonunun 128 GB versiyası 2899 manata, Ayfon 11 Pro Max telefonunun 256 GB versiyası isə 3799 manata satılır. Bu qiymətlər Əplin satış qiymətlərindən 2 dəfə yüksəkdir.
Belə ki, Əplin satış qiymətləri 128 GB Ayfon 11 üçün 749 dollar (1273 manat), 256 GB Ayfon 11 Pro Max üçün 1249 dollardır (2123 manat).


Şərhlər