Menu

Vurğun Əyyubun vəziyyəti stabil ağırdır - (Yeniləndi)

23.09.2019, 11:50
Vurğun Əyyubun vəziyyəti stabil ağırdır - (Yeniləndi)

“Vurğun Əyyub komada deyil”.

Bu barədə Lent.az-a onun yaxın ailə üzvü İsmayıl Əyyub məlumat verib. O bildirib ki, hazırda Vurğun Əyyub evində həkim nəzarəti altındadır:

“Huşu gedir, gəlir. Vəziyyəti isə stabil ağırdır”.

***

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun vəziyyəti ağırlaşıb.  Bu haqda onun yaxınları məlumat veriblər.

***

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, üzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan Vurğun Əyyub komaya düşüb.

BakuPost-un əldə etdiyi məlumata görə, Vurğun Əyyubun vəziyyəti bu gün ağırlaşıb. Hazırda evində həkim nəzarətində olan Vurğun Əyyub uzun müddət idi, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Vurğun Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1992-1993-cü illərdə Vurğun Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TQDK-ya rəhbərlik edib. 15 noyabr 1992-ci ildə Test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. Bu islahatı 100% ədalətli təşkil etməklə Vurğun Əyyub AXC-Müsavat hökumətinin ən böyük tarixi ugurlarından birini 1992-ci ildə gerçəkləşdirib.

1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın Baş katibi olub, 2001-ci ilin may ayında keçirilən 6-cı Qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və V.Əyyub Müsavat başqanının 1-ci müavini təyin edilib.

Şərhlər

Elli 2019-09-23 11:50:41

Allah kömək olsun!

eloqlu 2019-09-23 11:50:41

Allah shefasin versin

fuad 2019-09-23 11:50:41

Allahdan shefa dileyirik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol