Menu

Novxanıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

23.09.2019, 00:00
Novxanıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə Novxanı yolunda qeydə alınıb.

Hadisə zamanı 2 nəfər - 29 yaşlı Rüstəmov Orxan Vəli oğlu və onun həmyaşıdı Yusifov Elvin İlqar oğlu xəsarət alıblar. Hər iki yaralı bel nahiyəsinin küt travması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol