Menu

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 10%-ə yaxın artıb

23.09.2019, 11:06
Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 10%-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 851,7 min sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən dövr ölkədə hava nəqliyyatı ilə sərnişin daşımaların 99,9% dövlət, 0,1% isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata əsasən, yanvar-avqust aylarında bu nəqliyyat növü ilə yükdaşıma 6,4% azalaraq 126,6 min ton olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol