Menu

"Arash Medical Company" qapalı fəaliyyət göstərəcək

23.09.2019, 15:40
"Arash Medical Company" qapalı fəaliyyət göstərəcək

Tibbi avadanlıqlar və ləvazimatların satışını həyata keçirən "Arash Medical Company" təşkilati-hüquqi formasını dəyişir.

"Marja" xəbər verir ki, şirkət Məhdud Məsuliyyətli Cəmiyyətdən (MMC) Qapalı Səhmdar Cəmiyyətinə (QSC) çevrildiyini elan edib.

"Arash Medical Company" 1994-cü ildən fəaliyyətdədir. Hazırda şirkətin fəaliyyəti hər növ tibbi avadanlıqlar və ləvazimatların satışı, işçi heyətinin təlimi, tibbi avadanlıqların quraşdırılması, təmiri və sazlanmasından və səhiyyə obyektlərinin layihələndirilməsindən ibarətdir. "Arash Medical Company" tibbi avanlıqlar üzrə dünyanın 40-a yaxın aparıcı istehsalçıları ilə sıx əməkdaşlıq edir.

"Arash Medical Company" tez-tez Səhiyyə Nazirliyinin tenderlərinin qalibi olur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol