Menu

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub - Nazir əmr imzalayıb

24.09.2019, 14:19
Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub - Nazir əmr imzalayıb

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub.“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Eldar Qazıbəyov Nəsimi RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

Nazirin digər əmri ilə 28-ci PB-nin keçmiş rəisi, polis polkovnik-leytenantı Hüseyn İmanov yenidən həmin bölmənin rəisi təyin olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı "Report"a təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol