Menu

Keçmiş polis rəisi vəfat edib

25.09.2019, 12:55
Keçmiş polis rəisi vəfat edib

Azərbaycanda keçmiş polis rəisi vəfat edib.

“Report”un xəbərinə görə, Sabunçu və Suraxanı Rayon Polis İdarəsinin (RİP) rəisi vəzifələrində çalışmış Etibar Qazıbəyov dünyasını dəyişib.

1951-ci ildə Naxçıvan şəhərində anadan olan E.Qazıbəyov 1974-cü ildən Azərbaycanın daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

O, Sabunçu və Suraxanı RİP-nin rəisi, son illərdə isə "Azərpoçt" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsi rəisinin birinci müavini vəzifəsində çalışıb. 2017-ci ildə isə MMC-dən ayrılıb.

E.Qazıbəyov “Əməkdar sərhədçisi” və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol