Menu

Sumqayıtda zəncirvarı qəza - Xəsarət alanlar var (FOTO)

26.09.2019, 13:34
Sumqayıtda zəncirvarı qəza - Xəsarət alanlar var (FOTO)

Sumqayıtda zəncirvarı qəza baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Babək küçəsində qeydə alınıb. "Opel Zafira" markalı avtomobil qarşısında hərəkətdə olan "VAZ-21015" markalı avtomobilə dəyib. Zərbənin təsirindən "VAZ-21015" markalı avtomobil "Mercedes"ə çırpılıb. Yoldan çıxan "Mercedes" ağaclara dəyib.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol