Menu

“Başakşəhər” “Rizəspor”a 5 cavabsız qolla qalib gəlib

27.09.2019, 23:37
“Başakşəhər” “Rizəspor”a 5 cavabsız qolla qalib gəlib

Türkiyə Super Liqasında VI tura start verilib.

APA-nın məlumatına görə, turun ilk günündə bir oyun keçirilib.

Mövsümə yaxşı başlamayan “Başakşəhər” “Rizəspor”u qəbul edib. Rəqibin qapısından 5 cavabsız qol keçirən İstanbul təmsilçisi darmadağına imza atıb. Bu qələbə sayəsində “Başakşəhər” xal hesabında rizəlilərə çatıb.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 28-30-da keçiriləcək.

Türkiyə Super Liqası

VI tur

27 sentyabr

“Başakşəhər” – “Rizəspor” - 5:0

Aleksiç, 19, 73, Qulbrandsen, 33, Krivelli, 87, Kahveçi, 90

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol