Menu

Həftəsonu ölkədə qızıl və gümüş yenə ucuzlaşıb

28.09.2019, 00:22
Həftəsonu ölkədə qızıl və gümüş yenə ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, sentyabrın 27-də qızılın qiyməti sentyabrın 26-ı ilə müqayisədə 5,3975 manat azalaraq 1 unsiya üçün 2561,8065 manat təşkil edib.

Gümüş 0,2818 manat ucuzlaşaraq 1 unsiya üçün 30,3526 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 0,9945 manat azalaraq 1584,876 manat, palladiumun qiyməti 33,49 manat artaraq 2836,365 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol