Menu

Ucarda yük maşını aşıb, xəsarət alan var

28.09.2019, 01:31
Ucarda yük maşını aşıb, xəsarət alan var

Ucar rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Bakı-Qazax yolunun 220 kilometrliyində, rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, mişar daşı ilə dolu "KamAZ" markalı yük maşını "Mercedes" markalı yük avtomobilinə çarpılıb. Nəticədə "KamAZ" yoldan çıxaraq aşıb və yük maşınının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol